Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən VIII qurultayında ikinci dəfə partiyanın Təftiş komissiyasının üzvü seçildim. Bu seçimi ictimai-siyasi və partiya fəaliyyətimə verilmiş yüksək qiymət kimi dəyərləndirir və partiyamızın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sonsuz minnətdarlığımı ifadə edirəm.
Bundan sonrakı ictimai-siyasi fəaliyyətimdə də, möhtərəm Prezidentimizin əsgəri olaraq dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, onun ideya, baxış, düşüncə və qərarlarının təbliği və müdafiəsi işinə bütün varlığımla töhfə verəcəyəm.
