Ağcabədi şəhəri C. İbrahimov adına 8 saylı tam orta məktəbin fizika müəllimi Elşən Əbdülov tərəfindən həyata keçirilən “Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində VII–X siniflərdə təhsil alan 40 şagird PhET interaktiv simulyasiyaları əsasında təşkil olunan təcrübəyönümlü tədris proqramına cəlb olunub. Layihə müddətində şagirdlər fizika fənninin müxtəlif mövzularını ənənəvi öyrənmə üsullarından fərqli olaraq interaktiv mühitdə mənimsəyiblər. Simulyasiyalar vasitəsilə onlar fiziki hadisələri müşahidə edib, fərqli ssenarilər üzərində təcrübələr aparıb və əldə etdikləri nəticələri təhlil ediblər. Bu yanaşma fizika fənninin daha maraqlı və anlaşıqlı şəkildə öyrənilməsinə imkan yaradıb. Tədris prosesində şagirdlərin elmi-tədqiqat bacarıqlarının formalaşdırılmasına, analitik düşüncələrinin inkişafına və komanda şəklində işləmələrinə xüsusi diqqət yetirilib. Müxtəlif qrup tapşırıqları, təqdimatlar və praktik fəaliyyətlər iştirakçıların öyrəndiklərini tətbiq etmələrinə şərait yaradıb. Layihənin sonunda keçirilən bağlanış mərasimində proqram çərçivəsində görülən işlər və əldə olunan nəticələr təqdim olunub. Çıxış edənlər layihənin şagirdlərin fizika fənninə marağının artırılmasında və onların praktiki bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıblar. Tədbirin sonunda layihəni uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edilib. “Fizikanın ruhu” layihəsi şagirdlər üçün innovativ və interaktiv öyrənmə mühitinin yaradılmasına, fizika fənninin daha effektiv tədrisinə və müasir təhsil texnologiyalarının tətbiqinə töhfə verən uğurlu təşəbbüslərdən biri olub.
admin
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı”...
Azərbaycanın müasir tarixində 15 iyun 1993-cü il xüsusi əhəmiyyətə malikdir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi ilə...
Azərbaycan tarixində elə günlər var ki, təkcə bir tarixi hadisəni deyil, bütöv bir mərhələnin başlanğıcını ifadə edir....
Azərbaycan və Türkiyə xalqları ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə malikdirlər. Ulu öndər Heydər Əliyev tərəfindən...
Müstəqillik dövründə Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutan Azərbaycan-Türkiyə münasibətləri zaman keçdikcə daha da möhkəmlənmiş və...
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə...
Azərbaycan və Türkiyə arasında ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə söykənən qardaşlıq münasibətləri Ulu Öndər Heydər...
Müasir Azərbaycan tarixində xüsusi yer tutan Milli Qurtuluş Günü xalqımızın milli iradəsinin, həmrəyliyinin və dövlətçilik uğrunda mübarizəsinin...
5 il əvvəl- 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə...
