Milli Məclisin deputatı Qaya Məmmədov 2026-cı il sentyabrın 12-də seçki dairəsində sakinlərlə görüşmüşdür.
Suraxanı rayonu, Yeni Günəşli D yaşayış sahəsi, D26 saylı binanın sakinləri ilə keçirilmiş görüşdə sakinlər binanın və həyətin abadlaşdırılması, məhəllədaxili yolların təmiri və yaşıllaşdırma ilə bağlı bir sıra məsələləri deputatın diqqətinə çatdırmış və onların həlli üçün səlahiyyəti çərçivəsində aidiyyəti qurumlar qarşısında məsələ qaldırmasını xahiş etmişlər.




